Bakıda BNA-nın əməkdaşları yıxılaraq xəsarət alan piyadanı xəstəxanaya çatdırıb

Bakının Yasamal rayonunda bədbəxt hadisə baş verib.

APA xəbər verir ki, hadisə Müzəffər Həsənov küçəsində qeydə alınıb.

Piyada qadın səkidə hərəkət edən zaman yıxılaraq sınıq xəsarətləri alıb. Yaxınlıqda xidmət aparan Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları xəsarət alan qadını xidməti avtomobillə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna çatdırıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *