Leyla Əliyeva FAO-nun baş direktoru ilə görüşüb – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva FAO-nun Romadakı baş ofisində təşkilatın yeni baş direktoru Qu Donqyu ilə görüşüb.

Bu barədə məlumat L.Əliyevanın rəsmi “İnstagram” hesabında yer alıb.

Tərəflər Azərbaycanda dayanıqlı kənd təsərrüfatının inkişafı perspektivlərini, FAO-nun bu istiqamətdə səylərini, eləcə də dünyada aclıqla mübarizə, içməli suyun keyfiyyəti və çatışmazlığı məsələlərində ikitərəfli əməkdaşlığı müzakirə ediblər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *