Bakıda dost dostun kürəyindən bıçaqla vurdu

Bakının Sabunçu rayonunda gənc dostu tərəfindən bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində baş verib.

1990-cı il təvəllüdlü İsmayılov Ələkbər Cəfər oğlu dostu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı kürək nahiyəsinin kəsilmiş deşilmiş xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *