Vasif Talıbov yenidən Ali Məclisin sədri seçildi

Fevralın 24-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında Vasif Talıbov yenidən qurumun sədri seçilib.

Sessiyada çıxış edən Vasif Talıbov Ali Məclisin deputatlarına təşəkkürünü çatdırıb.

“Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilər bir daha təsdiq etdi ki, ulu öndər Heydər Əliyev siyasi xətti Azərbaycanın inkişaf, sabitlik və rifah yoludur”,- deyə Vasif Talıbov əlavə edib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *