Vilayət Eyvazovdan yeni təyinat

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə şəhər Dəmir yolu Xətt Polis Şöbəsinə yeni rəis təyin edib.

Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin əmri ilə Mingəçevir şəhər polis şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Babayev Rövşən Əli oğlu vəzifəsindən azad edilərək həmin vəzifəyə gətirilib.

Qeyd edək ki, bir müddət öncə şöbənin rəisi, polis polkovnik-leytenantı Şadəm Hüseynov xidmətdə olmanın son yaş həddi ilə bağlı vəzifəsindən azad olunaraq təqaüdə göndərilmişdi.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *