“Lotos” Ticarət Mərkəzinin yaxınlığında güclü yanğın – VİDEO

Bakıda avtoyuma məntəqəsində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Verilən məlumata görə, hadisə Nizami rayonunda, “Lotos” Ticarət Mərkəzinin arxasında yerləşən avtoyuma məntəqəsində qeydə alınıb.

Ümumi sahəsi 40 m² olan avtoyuma məntəqəsinin damının taxta atmaları və içərisində olan əşyalar 10 m² sahədə yanıb.

Avtoyuma məntəqəsinin qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə şahidlər yanğının görüntülərini BAKU.WS-in “qaynar xətt”inə göndəriblər. Həmin görüntüləri təqdim edirik.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *