Qazaxda qadın intihara cəhd etdi

Qazax rayonunda qadın sirkə turşusu içərək özünü zəhərləyib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Birinci Şıxlı kəndində baş verib.

Kənd sakini (adı və soyadı dəqiqləşdirilir-red) hələlik bilinməyən səbəbdən sirkə turşusu içib. O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Hazırda qadının vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *