Bakıda yolda vurulan piyada yerindəcə ödü

Paytaxtın Nizami rayonunun H.Əliyev prospektində “Mercedes” markalı avtomobillə yolu keçən piyada vurulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, martın 1-də saat 5 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini H.Əlizadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Abşeron rayon sakini Y.Manafovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.//milli.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *