Yasamalda “Mercedes” maneəyə çırpıldı: xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda “Mercedes” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.//milli.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *