Birinci sinfə qeydiyyatdan keçə bilməyənlər nə etməlidir? – RƏSMİ AÇIQLAMA

2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçiriləcək. Birinci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək.

Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Təhsil Nazirliyində keçirilən mətbuat konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib. O bildirib ki, qeydiyyat zamanı hər hansı çətinliklə qarşılaşan, alternativ qeydiyyat mərkəzində övladının qeydiyyatı mümkün olmayan valideynlər aprelin 1-dən etibarən həftənin III və V günləri Apellyasiya komissiyalarına müraciət edə bilərlər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *