Naxçıvanda da məktəblər bağlandı

2020-ci ilin mart ayının 4-dən 9-dək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və peşə məktəblərində tədris prosesi dayandırılıb.

Bu barədə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi məlumat yayıb.

Bu müddət ərzində həmin təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdiriləcək.

Martın 10-dan ümumtəhsil və peşə məktəblərində tədris davam etdiriləcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *