Bakıda motosikletin vurduğu piyadanın ayaqları sındı

Paytaxtın Yasamal rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un məlumatına görə, Naxçivani küçəsində 1962-cı təvəllüdlü Tağıyev Ağasəlim Qafar oğlu yolu keçərkən onu motosiklet vurub.

Yaralı xəstəxanaya çatdırılıb və müayinə zamanı ona hər iki bud sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *