Paytaxtda narkoman öz avtomobilini yandırdı

Bakının Sabunçu rayonunda kişi avtomobilinin üzərinə benzin töküb və yandırıb.

Bu barədə  hüquq-mühafizə orqanlarından məlumat verilib.

Martın 8-də saat 00:45-də Maştağa kəndində alkoqol təsiri altında olduğu ehtimal olunan 1994-cü il təvəllüdlü Sahil Xəlilov BMW markalı avtomobilini yandırıb. Hadisə nəticəsində heç kim xəsarət almayıb. Lakin rayonun 14-cü polis şöbəsinin əməkdaşlarının apardığı araşdırma zamanı sözügedən şəxsin narkotik maddə istifadə etdiyi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam edir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *