Binanın 4-cü mərtəbəsindən yıxılan qadın sağ qaldı

Mingəçevir sakini binanın 4-cü mərtəbəsindən yıxılıb.

Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Naxçıvan küçəsində qeydə alınıb.
1981-ci il təvəllüdlü bina sakini Axundova Bəsti Cavanşir qızı müvazinətini itirərək yaşadığı binanın 4-cü mərtəbəsindən yerə yıxılıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *