Bakıda iki avtomobil toqquşdu: Ölən var

Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə ötən gün Abşeron rayonu ərazisindən keçən Balaxanı-Novxanı avtomobil yolunda qeydə alınıb.

Yolda hərəkət edən 1992-ci il təvəllüdlü Rauf Abbaslı idarə etdiyi “Wolkswagen Jetta” markalı avtomobil ilə 1984-cü il təvəllüdlü Sübhan Səlimovun idarə etdiyi “Ford Transit” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Wolkswagen Jetta” markalı avtomobilin sürücüsü R.Abbaslı aldığı ağır xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlayıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *