Masazırda uşaq pəncərədən yıxılaraq ölüb

Masazırda 7 yaşlı uşaq pəncərədən yıxılaraq ölüb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində qeydə alınıb.

Belə ki, sözügedən ünvandakı binanın 6-cı mərtəbəsində yaşayan 2013-cü il təvəllüdlü autizm sindromlu Ə.Məmmədov yataq otağının pəncərəsindən yıxılaraq ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *