Avropa Liqasının iki oyunu təxirə salındı

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində sabah keçirilməli olan iki matçı təxirə salınıb.

Median.Az xəbər verir ki, bunlar İspaniya və İtaliya komandaları arasında baş tutmalı olan görüşlərdir.

Belə ki, İspaniyadakı “Sevilya” – “Roma” və İtaliyadakı “İnter” – “Xetafe” oyunları təxirə salınıb. Buna səbəb İtaliyadakı koronavirusa görə, İspaniya hökumətinin bu ölkəyə gediş-gəliş vasitələrini məhdudlaşdırmasıdır.

Həmin matçların hansı tarixdə baş tutacağı hələ ki bilinmir.//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *