Qaxda 2 avtomobil toqquşdu, xəsarət alanlar var

Qaxda yol qəzası olub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində baş verib.

Belə ki, hərəkətdə olan “VAZ” və “KİA” markalı avtomobillərin toqquşması nəticəsində Qax rayon sakini, 1988-ci il təvəllüdlü Vaqif Çingiz oğlu Heydərov və 1995-ci il təvəllüdlü Şövkət Murad oğlu Şahvələdov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *