AÇ-2020 bir il sonraya təxirə salınır?

AVRO-2020 koronavirus (COVİD-19) epidemiyası səbəbindən təxirə salına bilər.

Oxu.Az xəbər verir ki, bu barədə Fransanın “Ekip” nəşri iddia ilə çıxış edib.

Nəşrin əməkdaşları UEFA-nın planlarını aşkara çıxarıblar.

Məlumata görə, martın 17-də elan olunacaq qərara əsasən, çempionat bir il sonraya keçirilə bilər.

Bu qərarın verilməsi üçün FİFA-nın da razılığı olmalıdır. Belə ki, 2021-ci ilin yayında ilk dəfə yeni formatda keçiriləcək klublararası dünya çempionatı da nəzərdə tutulub.

Qeyd edək ki, 4 oyunu Bakıda keçiriləcək AVRO-2020 iyunun 12-dən iyulun 12-dək olan müddətdə təşkil olunması planlaşdırılırdı.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *