Azərbaycanda bu klub və barların fəaliyyəti dayandırılır – RƏSMİ

Sabahdan Azərbaycanda restoran və kafalerin iş rejimində dəyişiklik ediləcək.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir.

Qərarla restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili də qadağan edilir və saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılır.

Bundan başqa, ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılır.

Qeyd edək ki, 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq olunacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *