SOCAR koronavirusa görə vətəndaş qəbulunu dayandırıb

Koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 13 mart tarixli məlumatı nəzərə alınaraq, Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) vətəndaşların qəbulu martın 29-dək dayandırılır.

Bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, bu dövr ərzində müraciətlər (012) 521-01-30 telefon nömrəsi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin SOCAR-ın rəsmi info@socar.az elektron poçt ünvanına müraciət edə və elektron resursda (www.socar.az) təqdim edilən “Email yaz” xidmətindən yararlana bilərlər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *