Azərbaycanda fövqəladə vəziyyət elan olunacaq? – RƏSMİ AÇIQLAMA

“Azərbaycanda fövqəladə rejimin elan olunmasına hələlik ehtiyac duyulmur”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, fövqəladə vəziyyətin elan edilməsi istisna da edilmir:

“Əgər ölkədə vəziyyət əhalinin təhlükəsizliyinə yönələn şəkildə davam edəcəksə, fövqəladə vəziyyət elan edilə bilər”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *