Göygöldə əsəbləşən qadın evi yandırmaq istədi

Göygöl rayonunda qadın yaşadığı evin pəncərələrini sındırarkən xəsarət alıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Zurnabad kəndində qeydə alınıb.

Kənd sakini, 30 yaşlı G.H-ova hələ məlum olamayan səbəbdən əsəbləşərək yaşadığı evin pəncərələrini sındırıb, daha sonra evi yandırmağa cəhd edib.

Lakin qadını sakitləşdirmək mümkün olub və hadisənin qarşısı alınıb.

Qadın pəncərəni sındıran zaman xəsarət alıb və xəstəxanaya aparılıb, vəziyyəti qənaətbəxşdir.

Yaxınlarının dediyinə görə, qadının pisxoloji problemi var və əsəb xəstəsidir.Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *