Azərbaycanda polis rəisinin müavini xidməti maşınla qəza törətdi

Bakı-Qazax avtomagistralının Ələtdən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə ötən gün qeydə alınıb.

Belə ki, Gəray Məmmədov Bakıdan Goranboya gedən zaman Bakı-Qazax avtomagistralının Ələtdən keçən hissəsində xidməti maşınla karantin postunda qəza törədib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, G.Məmmədov Goranboy Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsində çalışır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *