Koronavirusun 6 yeni növü TAPILDI

Yarasa üzərində araşdırma aparan bir qrup mütəxəssis koronavirusun 6 yeni növünü tapıb.

Median.Az modern.az-a istinadən xəbər verir ki, Myanmada yarasaları araşdıran bir qrup tədqiqatçı yarasa üzərindəki 6 yeni koronavirus növündən üçünü alfakoronavirus, üçünü betakoronavirus olaraq təsnif edib.

Elm adamları yeni kəşf edilmiş 6 koronavirus növünün COVID-19 ilə eyni ailəyə aid olduğunu vurğulayıb.

Ancaq ilkin məlumatlara görə, bu viruslar SARS, yaxud da COVID-19 xəstəliyinə səbəb olan növlərlə sıx əlaqəli deyil.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *