Çinli həkimlər Kim Çen Ina kömək edəcəklər – “Reuters”

Çin Xalq Respublikası Şimali Koreyaya tibbi ekspertlər qrupu yollayıb.

Bu barədə “Reuters” öz mənbəyinə istinadən yazır.

Mütəxəssislərin KXDR-nın lideri Kim Çen Inın səhhəti ilə bağlı məsləhətlər verəcəkləri ehtimal olunur.

“Çinin Kommunist partiyasının beynəlxalq əlaqələr şöbəsinin ali rütbəli əməkdaşının rəhbərliyi altında bir qrup mütəxəssis Pekindən Şimali Koreyaya yollanıb”, – deyə mənbə bildirib.

Xatırladaq ki, aprelin 21-də CNN telekanalı Amerika kəşfiyyatının nümayəndəsinə istinadla Şimali Koreya liderinin ağır ürək əməliyyatı keçirdiyini bildirmişdi.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *