Dövlət bu aylarda sahibkarlara dəstək göstərəcək – RƏSMİ

“Sahibkarlara dövlət tərəfindən verilən dəstəyin aprel və may aylarında reallaşdırılması nəzərdə tutulub. Çünki karantindən çıxma dövründə iqtisadi fəallıq dərhal bərpa edilməyəcək”.

Median.Az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən tövsiyələr verilərkən müəyyən variantlar nəzərə alınıb:

“Karantin rejiminin yumşaldılması ilə bağlı tövsiyələrdə ticarət, istehsalat müəssisələrində minimal sayda işçilərin işə cəlb edilməsi qeyd edilib. Bu, sanitar-epidemioloji qaydalardan irəli gələn məsələdir”.

“Belə olan şəraitdə fəaliyyət tam həcmdə bərpa edilmədiyi üçün bu, müəssisələrin işgüzar aktivliyinə, müştəri və həyata keçirilən əqdlərin saylarına da təsir göstərəcək”, – deyə nazir qeyd edib.//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *