Bu sahəyə də dövlət dəstəyi veriləcək – AÇIQLAMA

“Koronavirusdan zərər görmüş KİV-lərə də dəstək göstərilməsi gözlənilir”.

Median.Az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəisi Natiq Şirinov bildirib.

O qeyd edib ki, KİV-lər Vergilər Nazirliyinin taxes.gov.az saytında qeydiyyatdan keçməlidirlər:

“Poliqrafiyalar saytdan müraciət etsinlər. Onların müraciətlərinə baxılacaq. Bununla bağlı məlumat sistemdə yerləşdirilib. Beşrəqəmli fəaliyyət növü üzrə vergi ödəyiciləri müraciət edə bilərlər”.//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *