Sahib Ələkbərov: “190 manatlıq ödəniş üçün VÖEN olması heç bir rol oynamır”

“Mən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini ilə danışmışam və biz razılaşmışıq ki, 190 manatlıq ödəniş məsələsində VÖEN olması heç bir rol oynamır”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov VÖEN almış şəxslərə birdəfəlik ödənişlərin verilməsindən imtina edilməsinə münasibət bildirərkən deyib.

“Həmin məsələ ilə bağlı sualı yaranan vətəndaşın şikayəti araşdırıla bilər”, – o qeyd edib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *