Bakıda Xocalı sakinini avtomobil vurub

Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Ceyhun Hacıbəyli küçəsində baş verib.

Xocalı rayon sakini, 1988-ci il təvəllüdlü Bayramov Elçin Əli oğlunu avtomobil vurub. Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *