Bakının bu ərazilərində hərəkət məhdudlaşdırıldı

Bakının Moskva prospektində “Şamaxı yolu” adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, məhdudiyyət Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri ilə bağlıdır.

Alternativ olaraq sürücülər Ziya Bünyadov prospekti-Asif Məhərrəmov küçəsi, Ziya Bünyadov prospekti-3-cü mikrorayon dairəsi-Tbilisi prospekti və yaxud Ziya Bünyadov prospekti-20 Yanvar dairəsi-Müzəffər Həsənov küçəsi-Alatava istiqamətlərindən istifadə edə bilərlər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *