Rusiyada nazir koronavirusa yoluxdu

Rusiyanın Tula vilayətinin səhiyyə naziri Aleksey Erkdə COVID-19 aşkarlanıb.

Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Tula vilayətinin hökuməti açıqlayıb.

Məlumata görə, nazirin vəziyyəti yaxşı olduğuna görə işini davam etdirəcək.

Xatırladaq ki, Rusiyada koronavirusa yoluxma faktlarının sayı 100 000-ə yaxınlaşıb. Ölkədə 972 nəfər pandemiyanın qurbanı olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *