Bakıda 11 nəfəri işədüzəltmə adı ilə aldatdılar – MƏHKƏMƏ

İşədüzəltmə adı ilə vətəndaşları aldadaraq, pullarını ələ keçirən Kərimov Səxavət Qulu oğlu barəsində cinayət işi başlanıb.

S.Kərimov Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq; təkrar törədildikdə) maddəsi ilə ittiham edilir.

İş Nizami Rayon Məhkəməsində hakim Ələddin Cəfərovun sədrliyi ilə araşdırılacaq. Cinayət işi üzrə ümumilikdə 11 zərərçəkmiş var.

Qeyd edək ki, S.Kərimov vətəndaşların etibarından sui-istifadə edərək, onlara müxtəlif dövlət orqanlarında işə düzəldəcəyi barədə vəd verib. Lakin vədinə əməl etməyib. Bu yolla o, zərərçəkmişlərə məxsus 30 min manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.