Sumqayıtda kişi özünü yeddinci mərtəbədən atdı

Sumqayıt şəhərində intihar hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə 13-cü mikrorayonda baş verib.

Şəhər sakini, 66 yaşlı Bayram Rüstəmov yaşadığı binanın yeddinci mərtəbəsinin yataq otağının pəncərəsindən özünü ataraq intihar edib.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *