Vətənə qayıda bilməyən azərbaycanlılar üçün Rusiyada yerləşmə məntəqəsi açılır – VİDEO

Koronavirus pandemiyasına görə sərhədlərin bağlanması səbəbindən Rusiyadan vətənə qayıda bilməyən Azərbaycan vətəndaşları üçün müvəqqəti yerləşmə məntəqəsi açılacaq.

TASS-ın məlumatına görə, məntəqəni Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Dağıstan Respublikası üzrə İdarəsi açacaq.

Məlumatda bildirilir ki, Rusiya FHN-in Dağıstan Respublikası üzrə Baş İdarəsinin avtomobil qatarı Mahaçqaladan Məhərəmkənd rayonuna 210 nəfərlik insan üçün avadanlıq çatdırıb.

Hazırda həmin regionda Azərbaycana qayıda bilməyən çoxlu sayda vətəndaşımızın olduğu bildirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *