Bakıda kişi qaynı tərəfindən bıçaqlandı

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

Səttar Bəhlulzadə küçəsində 1986-cı il təvəllüdlü Əliyev Ağarza Baloğlan oğlu qaynı ilə mübahisə zamanı bıçaqlanıb.

O, sağ bud və sağ qolunun kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *