Azərbaycan bu ölkələrə humanitar yardım göndərir – RƏSMİ

“Azərbaycan tərəfindən Serbiya Respublikasına humanitar yardım edilməsi nəzərdə tutulur”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, bu, artıq icra olunmaq üzrədir:

“Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə BMT-nin Yaxın Şərq Agentliyi tərəfindən ölkəmizə müraciət daxil olub. Müraciət hazırda qiymətləndirilir”.

“Yardımın maliyyə formasında verilməsi nəzərdə tutulur. Bundan əvvəlki dövrdə bu agentliyə maliyyə yardımları həyata keçirilib”, – deyə H.Hacıyev qeyd edib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *