İtaliyada koronavirusa yoluxanların yarıdan çoxu sağalıb

İtaliyada pandemiya dövründə koronavirusa yoluxanların yarıdan çoxu sağalıb.

Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliya Mülki Müdafiə Departamentinin məlumatında bildirilib.

Qeyd edilib ki, koronavirusa yoluxan 222104 nəfərdən 112541-i sağalıb.

Eyni zamanda, son sutkada 888 nəfər yoluxduğu halda 3502 nəfər sağalaraq sərbəst buraxılıb.

Gün ərzində 195 nəfər koronavirusdan dünyasını dəyişib, ölənlərin ümumi sayı 31106 nəfərə çatıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *