Qazaxda avtomobil körpüdən aşıb, xəsarət alan var

Qazax rayonunda baş verən avtomobil qəzası nəticəsində 1 nəfər xəsarət alıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, rayonun Fərəhli kənd ərazisində hərəkətdə olan “VAZ-21099” markalı avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü Nəriman Məmmədov müxtəlif bədən xəsarətləri alıb. O, Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib. N.Məmmədovun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *