Prokurorluq 52 yaşlı Bakı sakininin özünə qəsd etməsi ilə bağlı araşdırma aparır

Bakının Suraxanı rayonu Ramana qəsəbəsində bir qadın özünü yandırıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

7 iyun saat 07:30 radələrində Mərkəz küçəsində yaşayan 1968-ci il təvəllüdlü Rəsmiyyə Qasımova evinin həyətində etanol tökərək özünü yandırıb. Yanıq Mərkəzinə aparılan qadın iki saat sonra orada ölüb.

İlkin məlumatlara görə, R.Qasımova psixi pozğunluqdan əziyyət çəkib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *