Şəmkirdə yük maşını aşıb, 2 nəfər xəsarət alıb

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dağ Cəyir yolunda qeydə alınıb.

1996-cı il təvəllüdlü Qəniyev Eltun idarə etdiyi “QAZ 53” markalı yük maşını ilə hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə yük maşını aşıb. Qəza zamanı sürücü və sərnişin, 1982-ci il təvəllüdlü Məmmədov Bakır xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *