Naxçıvana ilk uçuşun həyata keçiriləcəyi tarix açıqlandı – RƏSMİ + VİDEO

“İyunun 18-də “Embraer 190” tipli təyyarələrlə ilk Bakı-Naxçıvan reysi həyata keçiriləcək”.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev məlumat verib.

O bildirib ki, həmin təyyarədə 106 sərnişin yeri nəzərdə tutulub:

“İyunun 18-də Naxçıvana iki reys həyata keçiriləcək. Təyyarədə 106 yer olmasına baxmayaraq, satışa 100 bilet çıxarılacaq. Bunda məqsəd sərnişinlərdən hər hansı birinin səhhətində narahatlıq olarsa, onu boş oturacaqlara keçirib, zəruri xidmət göstərilməsidir”.
//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *