Moskvadan Bakıya daha 152 Azərbaycan vətəndaşı gətirildi – FOTO

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq, Azərbaycanın milli aviadaşıyıcısı iyunun 17-də Moskvadan Bakıya daha bir çarter reysi yerinə yetirmişdir.

Bu barədə azxeber.com “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Həmin reyslə vətənə 152 Azərbaycan vətəndaşı qayıtmışdır.

Paytaxta gəldikdən sonra sərnişinlər karantinə yerləşdirilmişdir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *