Bəhram Bağırzadənin həyat yoldaşı: “Səhhətində heç bir yaxşılaşma yoxdur”

“Bəhram Bağırzadənin səhhəti yenə də eynidir”.

Bunu APA-ya açıqlamasında Əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.

“Təəssüf ki, səhhətində heç bir yaxşılaşma yoxdur, vəziyyəti stabildir, eynən ağır olaraq qalır”, – deyə o qeyd edib.

Xatırladaq ki, Əməkdar artist B. Bağırzadə koronavirusa yoluxub. O, hazırda Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsindədir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *