Üç gün əvvəl Yevlaxda qaz partlayışı zamanı yanıq xəsarəti alan kənd sakini bu gün ölüb

İyunun 19-da Yevlaxın Xaldan qəsəbəsinin Aşağı Bucaq kəndində evdə qaz partlayışı nəticəsində çoxsaylı yanıq xəsarətləri alan 1973-cü il təvəllüdlü Rəsulov Məharət Mehralı oğlu bu gün dünyasını dəyişib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisədən dərhal sonra M.Rəsulov xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin cəhdinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *