Azərbaycanda daha iki jurnalist koronavirusa yoluxdu – FOTO

Azərbaycanda daha iki jurnalistdə koronavirus testi müsbət çıxıb.

“Cebhe.info” xəbər portalının əməkdaşı Müşfiq Abdullayev və həyat yoldaşı Gülşən Abdullayeva COVID-19-a yoluxub.

Ailədə ilk yoluxma jurnalistin xanımında qeydə alınıb.

Eyni zamanda, jurnalistin bacısı Nigar Abdullayevada da test nümunələri müsbət olub.

O, “Palitra” qəzetinin əməkdaşıdır.

Hazırda hər üç şəxsin müalicələri davam etdirilir.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *