Sumqayıtda şəhid adını daşıyan bulaq bərbad vəziyyətdə: “Bu qədər hörmətsizlik olar?!” – FOTO + YENİLƏNİB

Sumqayıtda uçuq-sökük halda olan şəhid bulağı ilə bağlı tədbir görüləcək.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd olunub ki, şəhid bulağının bərpası istiqamətində aidiyyəti qurumlara təlimatlar verilib:

“Ərazi üzrə icra nümayəndəliyinə məlumat verilib. Şəhid bulağı yerləşən ünvana baxış keçirilib. Qısa zamanda bulağın bərpa edilməsinə başlanılacaq”.

***

Sumqayıtda şəhid bulağı baxımsız vəziyyətdədir.

Median.Az xəbər verir ki, bu barədə redaksiyamıza ünvanlanan müraciətdə qeyd olunub.

Söhbət şəhərin Nəriman Nərimanov küçəsi 20/47A ünvanında yerləşən bulaqdan gedir.

Sözügedən ünvanda yaşayan sakinlər 1992-ci ildə şəhid olmuş Ələsgər Cəmil oğlu Mustafayevin xatirəsini əbədiləşdirmək məqsədilə quraşdırılan bulağın yararsız vəziyyətdə olmasından təəssüfləndiklərini deyirlər:

“Şəhid bulağına suyun verilişi dayandırılıb. Bundan əlavə bulağın kənarları uçuq-sökük, su kranı isə qırılmış vəziyyətdədir. Şəhidlərimizin ruhuna hörmətsizlik etmək, onların adını daşıyan bulağa bu qədər laqeyd yanaşmaq nə qədər düzgündür?”//oxu.az

Həmin görüntüləri təqdim edirik:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *