Çexiyada “Qarabağ”ın potensial rəqibi müəyyənləşdi

Futbol üzrə Çexiya çempionatının qalibi müəyyənləşib.

Bu, Praqanın “Slaviya” klubudur.

Plzen “Viktorya”sını 1:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi xal hesabını 78-ə çatdırıb. Beləliklə, paytaxt klubu sona üç tur qalmış əsas rəqibini doqquz xal qabaqlayıb. Şəxsi oyunlardakı üstünlük sayəsində “Slaviya” 20-ci çempionluğunu rəsmiləşdirib.

Qeyd edək ki, “Slaviya” bununla UEFA Çempionlar Liqasında mübarizə aparmağa haqq qazanıb. Praqa klubu “Qarabağ”ın bu turnirdə potensial rəqiblərindən birinə çevrilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *