Prezidentin köməkçisindən çarter reysləri ilə bağlı MÜHÜM AÇIQLAMA – VİDEO

“Bakı-İstanbul-Bakı xətti üzrə çarter reysləri təşkil olunur”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Adminstrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, digər ölkələrlə bağlı çarter reyslərinə dair fikirlər də müzakirə edilir:

“Bu, tək Azərbaycandan asılı deyil. Çarter reyslərinin təşkil edilməsi məsələsində digər ölkələrdəki vəziyyət nəzərə alınmalıdır. Xüsusi qaydalar əsasında bu istiqamətdə müzakirələr davam etdirilir”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *