Baş epidemioloqdan AÇIQLAMA: “Heç nədən də xəbərim yoxdur, kənddə oturmuşam” (SƏS YAZISI)

Ölkənin koronavirus pandemiyası ilə mübarizə apardığı zamanda Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev jurnalistlərin suallarını cavabsız qoyur.

Unikal.org-un əməkdaşı növbəti dəfə baş epidemioloqla əlaqə saxlamağa çalışıb.

İ.Ağayev hazırda paytaxtda deyil, rayonda olduğunu bildirib:

“Mən Bakıda deyiləm, rayondayam. Heç nədən də xəbərim yoxdur. Kənddə oturmuşam. Nə televizorum, nə də internetim var. Mən baş epidemioloq olanda nə olar? Mən də adamam da. Mənim də rayonda qohumum, əqrəbam var. Siz Səhiyyə Nazirliyinə, TƏBİB-ə zəng edin”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *